"Real"ın baş məşqçisi Santyaqo Solari ən azı cari mövsümün sonuna qədər komandada qalacaq.
Offsideplus.az-ın "Cadena Cope"yə istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin son oyunlar uğursuz çıxışına baxmayaraq, klub rəhbərliyi 42 yaşlı mütəxəssisə heç olmasa, yaya kimi komanda ilə bir kubok qazanmağa şans vermək niyyətindədir.
Qeyd edək ki, "Real" S.Solarinin rəhbərliyi altında klublararası dünya çempionatının qalibi olub, Çempionlar Liqasının 1/8 finalına yüksəlib.