"Çelsi" klubunun hücumçusu Alvaro Morata İspaniyaya qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçunun agentləri onu "Barselona"ya təklif ediblər. Tərəflər arasında danışıqların ilkin mərhələsinin artıq Londonda olduğu bildirilib. Moratanın "Çelsi"dən ayrılmağa hazır olduğu vurğulanıb.
Qeyd edək ki, A.Morata 2017-ci ildə "Real"dan İngiltərə təmsilçisinə transfer edilib.