İspaniya Primerasının 22-ci turunda baş tutan "Atletico" - "Valencia" oyununda (1:0) meydan sahiblərinin kapitanı Diyeqo Qodin 51-ci dəqiqədə əvəzlənib.

Offsideplus.az xəbər verir ki, uruqvaylı müdafiəçi "yarasalar"ın qapıçısı Neto ilə toqquşmaqda üst çənədən 3 dişini itirib.Topu uzaqlaşdırmaq istəyən braziliyalı qolkiper bilmədən Qodinə xəsarət yetirib.

"Atletico"nun digər müdafiəçisi Stevan Saviç isə 29-cu dəqiqədə zədələnərək meydanı tərk etməli olub.