İsko “Real”dan ayrılmaq istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə futbolçu özü komanda yoldaşlarına bildirib.

Maraqlıdır ki, o, İngiltərəyə köçmək istəyir. Belə ki, 26 yaşlı yarımmüdafiəçi “Mançester Siti”də çıxış etmək niyyətindədi. Əgər “şəhərlilər”dən təklif gəlsə, düşünmədən Madriddən ayrılacaq.

Qeyd edək ki, İsko ilə “Real”ın baş məşqçisi Santyaqo Solari arasında münasibətlərin yaxşı olmadığı iddia olunur.(matc.az)