"Tottenhem" "Real"ın istədiyi Kristian Eriksenin qiymətini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, London klubu 26 yaşlı yarımmüdafiəçini 250 milyondan ucuz qiymətə satmayacaq.
Bu mövsüm La Liqada uğursuz çıxış edən "Kral Klubu"nun transfer siyahısına Eriksenin başçılıq etdiyi deyilir. İspanlar nəyin bahasına olursa-olsun danimarkalı futbolçunu transfer etmək niyyətindədi.
Qeyd edək ki, "Tottenhem" Erikseni 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 26 yaşlı futbolçu bu mövsüm forma geyindiyi 16 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.