Madrid "Real"ının almaniyalı futbolçusu Toni Kroos Madrid klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, futbolçu bu iddiaları təkzib edib:

"Bavariya"da mənim uğurlu karyeram var idi. Ancaq hazırda "Real"da oynamaqdan məmnunam. Burada özümü evimdəki kimi hiss edirəm. Klubumu dəyişmək üçün yaxşı səbəb yoxdur".

Qeyd edək ki, T.Kroos 2014-cü ildən "Real"da çıxış edir.