"Real Madrid"in gənc istedadı Franko Mastantuono zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu bu həftəsonu keçiriləcək "Jirona" ilə oyunda iştirak edə biləcək.
Qeyd edək ki, Mastantuono bu ilin yayında "River Pleyt"dən "kral klubu"na transfer olub.
O, cari mövsüm 9 oyun keçirib və 1 qol vurmağı bacarıb.



