"Barselona" yayda hücum xəttini gücləndirməyi düşünür.
Offsideplus.az xəbər verir ki, katalon klubunun hədəfində Markus Reşford və Luis Dias var. Lakin "blauqrana"nın idman direktoru Deku Reşforddan əmin deyil. O, L. Diasın "Barselona"ya daha uyğun olacağını düşünür.
Bu barədə jurnalist Fernando Polo məlumat yayıb.
Reşfordun arzusu katalon klubunda çıxış etməkdir.
Diasın isə "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalına görə onun bazar dəyəri 85 milyon avrodur.