"Barselona" klubunun prezidenti Xoan Laporta Rafinyanın gələcəyi ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, 62 yaşlı funksioner braziliyalı futbolçu ilə müqavilə uzadılacağını açıqlayıb:
"Rafinyanın yeni müqaviləsi baş tutacaq. Dekonun (idman direktoru) Rafa ilə yaxşı əlaqələri var. O, bizim proyektimizə inanır".
Biz razılaşacağıq, çünki biz onun qalmasını istəyirik və o da qalmaq istəyir”.
28 yaşlı vinger cari mövsüm karyerasının ən yaxşı sezonunu keçirib. O, 56 oyunda 34 qol vurub və 25 məhsuldar ötürmə edib.