"Yuventus" klubu "Jirona"nın sol cinah müdafiəçisi Migel Qutyerresi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" bu keçid üçün 35 milyon avro ödəməyə hazırdır.
Bu barədə "AS" nəşri məlumat yayıb.
"Jirona" 23 yaşlı futbolçunu 2022-ci ildə "Real"dan transfer edib. Razılaşmaya görə "kral klubu" da bu keçiddən qazanacaq. Onlar məbləğin yarısını əldə edəcək.
Qutyerres cari mövsüm bütün turnirlərdə 36 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.