İspaniya La Ligasında hakimlərlə bağlı narazılıq pik həddə çatmaqdadır.
Offsideplus.az xəbər verir ki, son vaxtlar klubların və azarkeşlərin böyük təzyiqinə məruz qalan ədalət təmsilçiləri radikal addım atmaq niyyətindədirlər.
Yayılan məlumatlara görə, ispaniyalı hakimlər etiraz aksiyası təşkil etməyə hazırlaşırlar.
Qeyd edək ki, hadisələrin belə cərəyan etməsinə "Real" rəhbərliyi və futbolçularının "Osasuna" ilə görüşün idarəçiliyini kəskin etməsi səbəb olub. Ötən həftə La Ligada keçirilən qarşılaşmada baş hakim Xose Munuero Montero "kral klubu"nun oyunçusu Cud Bellinqemə qırmızı vərəqə göstərib. Matçdan sonra "Real" rəsmiləri hakimi səhv qərar verməkdə günahlandırıb, azarkeşlər isə Monteronu ölümlə hədələyiblər.