"Real Madrid"in ulduzu özünə klub alıb.
Offsideplus.az xəbər verir ki, Tibo Kurtua Fransanın “Le Man” futbol klubuna investisiya edərək səhmdarlardan birinə çevrilib.
Belçikalı qapıçının qoşulduğu investor qrupunda daha əvvəl də tanınmış idman ulduzları yer alır. Qrupda tennis əfsanəsi Novak Cokoviç, keçmiş Formula 1 pilotları Felipe Massa və Kevin Maqnussen də iştirak edir.
Qeyd edək ki, “Le Man” klubu son illər maliyyə və idman baxımından yenidən yüksəliş strategiyası qurur və ulduz investorların cəlbi bu planın əsas hissəsi hesab olunur.



