Yürgen Klopp mümkün “Real Madrid” təyinatı ilə bağlı ciddi şərtlər irəli sürüb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssisin klub rəhbərliyindən bir neçə əsas tələbi var.

Məlumata görə, Klopp komandaya qoşulmaq üçün:

  • iki yeni mərkəz müdafiəçisi,
  • iki yeni yarımmüdafiəçi transferi,
  • Endrikin komandaya qaytarılması,
  • hazırkı heyətdən iki futbolçunun göndərilməsi

şərtlərini irəli sürüb.

Adları gündəmə gələn futbolçular arasında Cud Bellinqem və Eduardo Kamavinqa da var.