“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələcəyi ilə bağlı qərarını artıq “Barselona” rəhbərliyinə çatdırıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu agenti Jorje Mendeş vasitəsilə Kataloniya klubuna keçmək istədiyini açıq şəkildə bildirib.

Bildirilir ki, Bernardo Silva üçün ən çox istədiyi klub məhz “Barselona”dır. Klub rəhbərliyi oyunçunun marağından xəbərdardır, lakin hələlik transferlə bağlı konkret addım atılıb-atılmayacağı bəlli deyil.

Kluba yaxın mənbələrin sözlərinə görə, hazırda “Barselona”nın planlarında yeni yarımmüdafiəçi transferi nəzərdə tutulmur. Buna baxmayaraq, Bernardonun açıq istəyi gələcəkdə vəziyyətin dəyişə biləcəyini istisna etmir.