La Liqa prezidenti Xavier Tebas “Barselona”nın maliyyə vəziyyəti və klubun 1:1 maliyyə qaydasına mümkün qayıdışı ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Tebas klubun gündəlik idarəçiliyində birbaşa iştirakı olmasa da, “Barselona”nın digər bütün La Liqa klubları kimi maliyyə feyr-pley qaydalarına tabe olduğunu bildirib:

“Barselona xərclərini gəlirlərinə uyğunlaşdırmalı olub. Stadionun yenidən açılması və istifadəyə verilməsi klub üçün əsl nəfəs oldu.”

La Liqa prezidenti qeyd edib ki, stadion tam dolu olmasa belə, əhəmiyyətli gəlirlər gözlənilir və bununla bağlı bütün maliyyə göstəriciləri mövcuddur:

“Rəqəmlər və məlumatlar ortadadır. Onlar 1:1 qaydasına tam əməl etmədən belə çempionatlar və kuboklar qazanıblar.”

Qeyd edək ki, 1:1 qaydası klublara qazandıqları hər 1 avro üçün yalnız 1 avro xərcləməyə imkan verir və bu, transfer siyasətində mühüm rol oynayır.