“Barselona” ilə “Jirona” arasında qapıçı Mark-Andre ter Ştegenin icarəyə verilməsi ilə bağlı danışıqlar müsbət istiqamətdə davam edir.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu “Jirona”nın alman qapıçının maaşının yalnız kiçik bir hissəsini ödəyə biləcəyini bilir.
Bununla belə, əgər Ter Ştegen mövsümün qalan hissəsində əsas heyətdə müntəzəm oynamaq istəsə, “Barselona” bu məsələdə güzəştə getməyə və xüsusi razılaşma əldə etməyə hazırdır.



