Müasir dünya futbolunda istedadlı gənclərə maraq digərləri ilə müqayisədə daha çoxdur. Hər klub öz yetirməsini və ya transfer etdiyi gənc futbolçusunu inkişaf etdirmək üçün əsas heyətdə oynatmağa, ona daha çox şans yaratmağa üstünlük verir.

Almaniya komandaları bu prosesə daha çox önəm verir.

Offsideplus.az Bundesliqa tarixində meydana çıxan ən gənc futbolçuların siyahısını hazırlayıb.

10. Mario Götze 

Gotze

Yarımmüdafiəçi 17 yaş 171 günlük olarkən Almaniya çempionatında debüt edib. O, 2009-cü ilin noyabrında "Borussiya"nın (Dortmund) heyətində "Mainz"a qarşı keçirilən qarşılaşmada meydanda olub.

9. Dörk Dreşçer 

Dörk Dreşer

Ancaq Bundesliqada oynayan futbolçu özünəməxsus tarix yazıb. 17 yaş 163 günlük məktəb şagirdi "Boxum"u heyətində "Nürnberq"ə qarşı matçda debüt edib. Uzun müddətdə zədən əziyyət çəkən futbolçu karyerasını bitirib. O, hazırda Almaniyada polis işləyir.

8. Mark Andre Kruska

Mark Andre

2004-cü ilin Noyabrında "Borusiyya"nın heyətində debüt edəndə cəmi 17 yaş 137 günlük idi. O, "Signal İduna Park"da cəmi 4 mövsüm oynayıb. "Klub Brügge"də karyerasını başa vuran futbolçu "Energi Kotbus" və "FSV Frankurt" klublarında da çıxış edib.

7. Lennart Hartmann

Lennart

"Herta Berlin"in heyətində meydana çıxan ən gənc oyunçu ünvanına sahib futbolçu 17 yaş 107 günlüyündə Bundesliqada debüt edib. Parlaq karyerası olmayan müdafiəçisi daha çox səyahətləri ilə yaddaşlarda qalıb.

6. Kristian Vük

Vük

1990-cü ildə "Nürnberq"in heyətində Bundesliqada debüt edib. Həmin vaxt o, 17 yaş 133 günlük idi. "Nürnberq"in heyətində 100 matçda meydana çıxmışdı. 

5. Kristian Vörns

Vörns

1989-cü ildə "Borussiya"nın heyətində "Valdhof Mannheim" qarşı oyunda debüt edib. Həmin vaxt o, 17 yaş 122 günlük idi. Yüksək məbləğə "Bayer Leverkuzen"ə transfer olunan Vörns burada 200 dəfə meydana çıxıb. Karyerası ərzində 66 dəfə Almaniya millisinin şərəfini qoruyub.

4. Julian Draksler

Julian

21 yaşında Dünya çempionu olan yarımmüdafiəçi Bundesliqada gənc yaşında debüt edən futbolçulardan biridir. "Şalke"in əsas heyətində 17 yaş 117 günündə meydana çıxıb.

3. İbrahim Tanko

17994882 303

Qanada doğulan futbolçu 17 yaş 61-ci günündə Bundesliqada debüt etmək şansını qazanıb. "Borussiya"da parlaq oyun nümayiş etdirməyən oyunçu karyerasını "Frayburq"da bitirib.

2. Yürgen Friedl

17994885 303

"Fuzzy" ləqəbli futbolçu Bundesliqa tarixində meydanda çıxan ən gənc qapıçı ünvanına sahibdir. O,1976-ci ilin martında 17 yaş 26 günlük olarkən "Ayntraxt"ın heyətində debüt edib. 

1. Nuri Şahin

Nuri Şahin

Almaniya Bundesliqasında 2 rekord birdən qıran yarımmüdafiəçi. O, həm çempionat tarixində meydana çıxan və qol vuran ən gənc futbolçu ünvanına sahibdir. Nuri Şahin 2005-ci ildə 16 yaş 335 günlük olarkən "Borussiya"nın heyətində debüt edib. 

İlkin Sultanlı