Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" - "Makkabi" oyunundan əvvəl meydan sahibi komandanın futbolçusu  Cessi Sekidika mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, futbolçu qalib gəlməyin çətin olacağını qeyd etdi:

"Sabah bizi səfərdə çətin oyun gözləyir. "Makkabi" əlindən gələni edəcək ki, mərhələ keçsin. Onlar yaxşı komadadır. Bilirik necə çıxış etmək lazımdır. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq".

Xatırladaq ki, "Sabah" ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.