Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" - "Makkabi" oyunundan əvvəl meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis onları çətin rəqib gözlədiyini deyib:

"Sabah azarkeşlərimiz önündə ilk ev oyunumuzu keçirəcəyik. Qarşımızda tələbkar komanda var. Səfərdə qalib gəlsək də, yenə də favorit "Makkabi"dir. Oyunun ilk hissəsini bitirmişik. Qarşıda bizi ikinci yarı gözləyir. Rəqibi keçmək istəyiriksə, səfərdə oynadığımızdan daha yaxşı çıxış etməliyik".

Xatırladaq ki, "Sabah" ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.