Bu gün "Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Macarıstanda "Fehervar"ın qonağı olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürüb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. İlk oyunda Samir Abasovun kollektivi rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu. 

Beləliklə, "kimyaçılar" Konfrans Liqasında mübarizəni dayandırıb.

Konfrans Liqası, II təsnifat mərhələsi

21:00. Fehervar - Sumqayıt 0:0 
Baş hakim: Kristoffer Karlsson (İsveç)
İlk oyun 1:2