Sabah Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Fehervar" "Sumqayıt"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Samir Abasov iştirak edib. 

Mütəxəssis qarşılaşma haqda bunları söyləyib:

"Qarşılaşmanın çətinliyi haqda nəsə deməyin mənası yoxdur. Rəqibin çempionat oyunlarına da izləmişik. Ümid edirəm ki, Sumqayıtdakı kimi maraqlı görüş olacaq. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvinə qalmasın. Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları unutmuşuq. Bura yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik".