"Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Azərbaycan təmsilçisi İsrailin "Makkabi" klubu ilə üz-üzə gələcək. Digərləri ilə müqayiəsdə, "bayquslar"ın rəqibi daha çətindir. Adıçəkilən klub Azərbaycan azarkeşləri üçün o qədər də yad deyil. Belə ki, "Makkabi" müxtəlif zamanlarda klublarımızla üz-üzə gəlib. Xüsusən, "Xəzər Lənkəran"la oyundakı böyük hesablı qələbə hələ uzun illər azarkeşlərimizin ağlında travma kimi qalacaq.
Gəlin, rəsmi matçlardakı nəticələrlə danış olar:
İntertoto Kuboku: "Makkabi" - "Qarabağ" 1:2
İntertoto Kuboku "Qarabağ" - "Makkabi" 0:1
Avropa Liqası: "Makkabi" - "Xəzər Lənkəran" 2:0
Avropa Liqası: "Xəzər-Lənkəran" - "Makkabi" 0:8
Konfrans Liqası: "Neftçi" - "Makkabi" 3:3
Konfrans Liqası: "Makkabi" - "Neftçi" 4:0
Göründüyü kimi, nəticələr heç də ürəkaçan deyil. Yalnız "Qarabağ" ötən əsrin sonunda Hayfa klubundan üstün olmağı bacarıb. Komandanın əsasını yerli oyunçular təşkil edir. Təsadüfü deyil ki, millinin 10 üzvü "Makkabi"nin formasını geyinir. Ən bahalı oyunçuları isə hücumçu Frantzdy Pierrotdur. "Transfermarkt"a görə, onun qiyməti 3 milyon avrodur. Heyətin ümumi dəyəri isə 25.9 milyon avrodur. Müqayisə üçün bildirək ki, bu məbləğ "Sabah"da 12.9 milyon avrodur.
Masazır klubu mövsümün son oyununda avrokuboklara vəsiqə qazanmağı bacardı. Renduliçin komandaya təyinatından sonra yüksəlişdə olan kollektivdən sürpriz gözləyənlər az deyil. Odur ki, səfərdə ən azı heç-heçə edib, Bakıdakı oyunda cütün taleyini həll etmək komandanın əsas vəzifəsi olacaq.