Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" "Fehervar"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu gün keçiriləcək mətbuat konfransında "kimyaçılar"ın üzvü Elvin Bədəlov iştirak etdi.
Müdafiəçi qarşılaşma haqda bunları söylədi:
"Avstriya ilə Macarıstan klublarını fərqləndirə bilmərəm. Əsas öz oyunumuz haqda düşünürük. Azarkeşlərimizi stadionda gözləyirik. Sabah bizim üçün vacib oyun olacaq. İstəyirik ki, öz oyunumuzu sərgiləyərək qələbə qazanaq. Fikirləşmirik ki, onlar bizdən üstündürlər. Özümüz haqda düşünürük. İstəyirik ki, qələbə qazanaraq azarkeşlərimizi sevindirək".