UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ" "Omoniya" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Kipr klubunun heyətində 3 oyunçu zədə səbəbindən "Qəbələ" ilə oyunu buraxacaq. Onlar müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviçdir. 

Qeyd edək ki,  “Qəbələ” – “Omoniya” matçı iyulun 27-də Qəbələ şəhər stadionunda saat 20:00-da baş tutacaq.