"Qəbələ" klubunun UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Omoniya" (Kipr) ilə oyunları üçün hakim təyinatları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, iyulun 27-i Qəbələdə keçirillən ilk matçı (saat 20:00) Rumıniya Futbol Federasiyasından Andrey Çivulete idarə edəcək. Ona Sebastyan George və Daniel Mitruti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Horatiu Fesnik yerinə yetirəcək.

Avqustun 3-ü Kiprdəki cavab görüşün (Bakı vaxtı ilə saat 21:00) isə baş hakimi İsveç Futbol Federasiyasından Adam Ladebek olacaq. Markus Lundqren Klitte və Daniel İng köməkçi hakimlər, Yoakim Estlinq dördüncü hakim təyin edilib.