Konfrans Liqasının III təsniaft mərhələsində "Neftçi"nin rəqibini müəyyən edəcək “Dinamo” (Minks, Belarus) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyununun başlama saatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, KL-nin I təsnifat mərhələsi üzrə baş tutacaq matçı "Qarabağ"a məxsus "Azersun Arena"da iyulun 20-si saat 21:00-da başlayacaq. 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Qedy edək ki, UEFA Belarus komandalarının (milli və klub səviyyəsində) ev oyunlarını neytral meydanda keçirməsi barədə qərar verib. Buna Belarus hakimiyyətinin Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsi səbəb olub.