UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üzrə baş tutacaq "Gent" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunu Uilyam Kollam idarə edəcək. Ona Frensis Konnor və David Rum laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Qeyd edək ki, "Gent" - "Qarabağ" oyunu  fevralın 23-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda Ağdam təmsilçisi “Gent” üzərində 1:0 hesablı qələbə qazanıb. 

Xatırladaq ki, Uilyam Kollam daha öncə 2022-ci ilin sentyabrında Azərbaycan millisinin UEFA Millətlər Liqasının C Divizionunun 3-cü qrupunun V turu üzrə Slovakiyaya qarşı oyununu idarə edib. Şotlandiyalı FIFA referisinin idarə etdiyi matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi tarixində birinci dəfə səfərdə Slovakiyaya qalib gəlib.