UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu ada Kiprin AEK (Larnaka) klubunun yarımmüdafiəçisi Anxel Qarsiya layiq görülüb.
İspaniyadan olan 30 yaşlı futbolçu Ukraynanın “Dnepr-1” komandasına 1:0 hesabıyla qalib gəldikləri oyunda yeganə qolun müəllifi olub.
Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də namizəd idi.