AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb. 

Offsideplus.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” – “Bazel” (İsveçrə) oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, sözügedən matç fevralın 16-da Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda baş tutacaq.