UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" klubu hazırlıq matçında qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, Belçika təmsilçisi Niderlandın "Heerenvee" klubu ilə qarşılaşıb. Matç "Gent"in 4:1 hesablı qələbəsiylə başa çatıb.

​Xatırladaq ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə görüşləri fevralın 16-ı və 23-də oynanılacaq.