Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" Belçika kubokunda 1/16 final mərhələsində "Dessel"lə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, "buğalar" rəqib üzərində 5:0 hesablı qələbə qazanaraq, 1/8 finala yüksəlib.

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.