Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 27-də keçiriləcək AİK (İsveç) və  “Vorskla” (Ukrayna) oyunun hakim-inspektoru olacaq. 

 Matçın start fiti saat 21:00-da çalınacaq.

Qeyd edək ki, ilk görüş Ukrayna klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.