Beş gün sonra Azərbaycan klubları UEFA Avropa Konfrans Liqasında mübarizəyə başlayacaqlar.

 Offsideplus.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimizdən biri olan "Qəbələ" Macarıstanın "Fehervar" komandası ilə ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Lakin matçın yerli telekanallar vasitəsilə canlı yayımlanıb-yayımlanmayacağı hələ dəqiq deyil.

"Qırmızı-qaralar"ın mətbuat katibi Anar Hacıyevin saytımıza verdiyi məlumata görə, hazırda "CBC Sport" telekanalı yayım hüququnun alınması üçün danışıqlar aparır.

Bir həftə sonra evdə keçiriləcək cavab qarşılaşması isə sözügedən kanalda canlı yayımda futbolsevərlərə təqdim olunacaq.

Daşqın Əziz