"Qəbələ" klubunun UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Macarıstan "Fehervar"ı qapıçısı Adam Kovaçiki icarəyə verib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiper karyerasını "Dyor"da davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.