“Qəbələ” klubunun UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi komanda İspaniyanın “Real Sosyedad” klubundan Peter Pokornını icarəyə götürüb.
20 yaşlı slovakiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də səfərdə, cavab matçı isə 1 həftə sonra evdə baş tutacaq.