"Qəbələ" klubunun UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” (Macarıstan) bu yay ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, komanda ölkənin digər təmsilçisi "Dunayşvaroş"la qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, "Qəbələ"nin "Fehervar"la ilk oyunu iyulun 21-i Macarıstanda, cavab görüşü is iyulun 28-də Qəbələdə olacaq.