UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, ən yaxşı nəticəyə sahib oyunçular arasında "Qarabağ" klubunun kapitanı Maksim Medvedev də var. O,  turnirdə ən çox top qazanan futbolçudur. 33 yaşlı müdafiəçi turnirin əsas mərhələsində keçirdiyi 8 qarşılaşmada 65 dəfə buna nail olub.

Ümumilikdə Azərbaycan təmsilçisi topa sahib olmada (59 faiz) 3-cü, qapıya zərbələrdə (132) 2-ci və top qazanmada (307) 6-cı yerdədir.