UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün oynanılacaq "Kayrat" - "Qarabağ" matçı olduqca soyuq hava şəraitində keçəcək.

Offsideplus.az xəbər verir ki, hazırda Qazaxıstanın Almatı şəhərində 13-15 dərəcə şaxtalı hava şəraiti hökm sürür.

Qeyd edək ki, Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.