"Qarabağ"ın sabah Konfrans Liqasında "Kayrat"la qarşılaşamasında erməni futbolçu Kamo Ohanesyan meydanda ola bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Kurban Berdıyev məlumat verib.
"Qarabağ"ın sol cinahı çox güclüdür. Təhlükəli hücumlar təşkil edirlər. Həmin mövqedə oynamaq bizim üçün çətin idi. Görək Kamo sabah əsas heyətdə olacaqmı?"
Qeyd edək ki, "Kayrat" - "Qarabağ" matçı sabah saat 19:30-da baş tutacaq.