UEFA Avropa Konfrans Liqasının 3-cü turunda bu gün 20:45-də keçiriləcək "Qarabağ" - "Kayrat" oyunundan əvvəl tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunub.

Xatırladaq ki, E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.