"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Offsideplus.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olub.

Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb. Bununla da, "Qarabağ" 4 xalla H qrupunun lideri olub.

UEFA Konfrans Liqası

H qrupu

23:00. "Omoniya" (Kipr) - "Qarabağ" (Azərbaycan) 1:4

Qol: Leçyaks, 40, Kadi Borqes, 52, Ramil Şeydayev, 73, Maksim Medvedev, 79, Kadi Borqes, 90+4

Baş hakim: Bobbi Madden (Şotlandiya)

Nikosiya. GSP stadionu.