UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Qazaxıstan "Kayrat"ında növbəti problem üzə çıxıb.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Kurban Kerdıyev bir neçə futbolçunun çıxışından razı deyil.
Bunlar Vaqner Lav, Aybol Abiken və Nuralı Alipdir.
İddiaya görə, rusiyalı mütəxəssis xüsusilə brazilialı hücumçudan narazıdır. Bu səbəbdən 37 yaşlı forvard "Kızıl Jara" 1:0 hesabı ilə qalib gəldikləri çempionat matçına ehtiyatdan başlayıb.
Qeyd edək ki, "Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıda "Qarabağ"ın qonağı olacaq.