“Qarabağ”ın UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın Kipr çempionatındakı oyununun saatı dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, sentyabrın 26-da Nikosiyada “Pafos”a qarşı keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, 21:00-da yox, 19:00-da başlayacaq.

Qeyd edək ki, adıçəkilən komanda sentyabrın 30-da Nikosiyada "Qarabağ"ı qəbul edəcək.