"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" Qazaxstan çempionatının 21-ci turunda qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "Kızıljar"ı qəbul edən Almatı təmsilçisi 1:0 hesabı ilə rəqibini üstələyib. Hazırda aktivində 40 xal olan Kurban Berdıyevin komandası turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ" "Kayrat"ı oktyabrın 21-də Bakıda qəbul edəcək. Daha sonra bu iki komanda noyabrın 4-də Almatıda qarşılaşacaq.