Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Offsideplus.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" H qrupunda yer alıb.

Qurban Qurbanovun yetirmələri  "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və  "Omoniya" (Kipr) klubları ilə birgə mübarizə aparacaq.

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.