Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Qarabağ" klubu bu gün pley-off mərhələsində cavab oyununu keçirib.

 Offsideplus.az-ın məlumatına görə,  "köhlən atlar" Şotlandiyada "Aberdin"in qonağı olub.

Qurban Qurbanovun yetirmələri bu görüşdə 3:1 hesabı ilə qalib gələrək (ilk oyunda 1:0) Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

22:45. "Aberdin" (Şotlandiya) - "Qarabağ" 1:3

Qol:  Toral Bayramov, 8, Malinovski, 18, Zubir, 72, Ferqyuson, 90+2

Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya)

Aberdin, "Pittodri" stadionu

İlk oyun - 0:1

Heyətlər:

“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 16. Funso Ojo, 19. Luis Ferqyuson, 22. Kelvin Remsi, 9. Kristian Ramirez, 20. Teddi Cenks, 17. Conni Hayes

Ehtiyat oyunçular: 25. Hari Vuds, 30. Tom Ritçi, 21. Cek Qurr, 31. Kyeran Nqvenya, 35. Meyson Hankok, 15. Dilan Makqouç, 24. Din Kempbell, 10. Neyl Makqin, 14. Cey Emmanuel-Tomas,

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç