"Neftçi" UEFA Konfrans Liqasının pley-off mərhələsində İsrailin "Makkabi"(Hayfa) klubu ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Bakıda keçiriləcək ilk oyunu idarə edəcək hakimlər briqadası məlum olub.
Matçı Fransadan olan Delayod Uilli idarə edəcək. Ona həmyerliləri Mehdi Rahmouni və Kristof Fineyan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tomas Leonard yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.