Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Offsideplus.az-ın məlumatına görə, o, Lüksemburqun "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" (ilk oyun 2:1) qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq.