"Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL klubu ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, komandalar arasında səfərdə keçiriləcək ilk matçın yeri dəyişdirilib. Oyun AEL ev matçlarını keçirdiyi Limassol şəhərindəki “Tsirion” stadionunda deyil, Larnaka şəhərindəki “AEK Arena”da baş tutacaq. Oyunun yerinin niyə dəyişdirildiyi açıqlanmayıb.

Bu stadion "Qarabağ" üçün yad deyil. Belə ki, keçən mövsüm Ağdam klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin "Molde" klubunu məhz bu stadionda qəbul edib. Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında müəyyənləşib və daha dəqiq olan "Molde" növbəti mərhələyə adlayıb. 

AEL - "Qarabağ" oyunu avqustun 5-də, saat 21:00-da start götürəcək.