Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunaları çərçivəsində Rusiyanın “Soçi” klubunu qəbul edəcək “Keşlə”nin oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Sənan Qurbanov iyulun 28-də, saat 18.00-da “ASK Arena”nın konfrans zalında jurnalistlər qarşısına çıxacaq. “Keşlə”nin oyunöncəsi məşqi isə saat 19:00-da başlayacaq.

“Soçi”nin mətbuat konfransının isə saat 19.00-da keçirilməsi nəzərdə tutulub. Rəqibin oyunöncəsi məşqi planlaşdırılmır.

“Neftçi”nin UEFA Çempionlar Liqasındakı rəqibi "Olimpiakos” da (Yunanıstan) Bakıdakı cavab oyunundan öncə məşqə çıxmayacaq.

“Keşlə” - "Soçi" matçı iyulun 29-da, saat 20:00-da “ASK Arena”da keçiriləcək.